Bakı. Trend:
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə səfər edən İraqın Kürdüstan Regional Hökumətinin Minatəmizləmə Agentliyinin Texniki Məsələlər üzrə Baş direktoru Ali Miran ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində görüş keçirilib.
Trend xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.
Bildirilib ki, görüşdə hər iki tərəfin üzləşdiyi mina və partlamamış hərbi sursat problemi, çirklənmənin miqyası və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət barədə məlumat və fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə sahəsində gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.