...

İsrailin Livanın şərqinə aviazərbələri nəticəsində ölənlərin sayı 47-yə yüksəlib

Dünya xəbərləri Materials 21 Noyabr 2024 22:02 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin Livanın şərqində, Baalbek şəhəri yaxınlığındakı bir neçə yaşayış məntəqəsinə endirdiyi hava zərbələri nəticəsində azı 47 nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə Livanın Baalbek-Hermel əyalətinin qubernatoru Bəşir Xodr açıqlama verib.

"Ölənlərin sayı hazırda 47-yə çatıb, 22 nəfər yaralanıb. Dağıntıların təmizlənməsi işləri və itkin düşənlərin axtarışı davam edir," - deyə Xodr sosial şəbəkədəki paylaşımında qeyd edib.

Bundan əvvəl Livanın Səhiyyə Nazirliyi 22 nəfərin öldüyünü açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti