...

Maliyyə Nazirliyinin 1092 günlük istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

İqtisadiyyat Materials 21 Noyabr 2024 15:43 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 28-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.

Bu barədə Trend BFB-yə istinadən xəbər verir.

Məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı kimidir:

Dövlət istiqrazının növü

Kuponlu, ortamüddətli, dövlət istiqrazları

Qiymətli kağızın ISIN kodu

AZ0201070361

Buraxılış həcmi

80 000 000 manat

Nominal dəyəri

100 manat

İstiqrazların tədavül müddəti

1092 gün

Faiz ödənişləri

2025-ci il 29 may, 2025-ci il 27 noyabr,
2026-cı il 28 may, 2026-cı il 26 noyabr,
2027-ci il 27 may, 2027-ci il 25 noyabr

Faiz dərəcəsi (olduqda)

9 %

Ödəmə tarixi

25.11.2027

Anderrayter

“PAŞA Kapital İŞ” QSC

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti