Bakı. Trend:
Rumıniya ilə ABŞ arasında 32 ədəd F-35 qırıcısının tədarükünü nəzərdə tutan müqavilə imzalanıb.
Trend-in verdiyi məlumata görə, 6,5 milyard dollar dəyərində olan bu müqavilə Rumıniyanın müasir tarixində ən bahalı hərbi sazişdir.
Müqaviləyə əsasən, F-35 təyyarələrinin Rumıniyaya çatdırılmasına 2030-cu illərin əvvəllərində başlanacaq.
Təyyarələri istehsal edən "Lockheed Martin" şirkəti Rumıniyanın F-35 təyyarələrindən istifadə edən 20-ci ölkə olacağını bildirib.
Hazırda Rumıniya Hərbi Hava Qüvvələrinin istifadəsində olan F-16 təyyarələrinin 2034-2040-cı illər arasında istismardan çıxarılması planlaşdırılır.
Qeyd edək ki, 2022-ci ildən etibarən Rumıniyada NATO-nun cənub-şərqdəki ən böyük çoxmillətli döyüş qrupu - 5 min nəfərlik birləşməsi yerləşdirilib.