Bakı. Trend:
"Bavariya" ilə mövsümün sonunda müqaviləsi başa çatacaq Alfonso Deyvis karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Trend-in məlumatına görə, "Mançester Yunayted" kanadalı sol cinah müdafiəçisini heyətinə qatmaq niyyətindədir. Bu barədə "Sky Sports" xəbər yayıb.
"Qırmızı şeytanlar" 24 yaşlı futbolçunu transfer etmək istəyən "Real Madrid"lə rəqabət aparmaq üçün danışıqlara başlayacaq və ona Madrid klubundan daha yüksək maaş təklif etməyi planlaşdırır.
Xatırladaq ki, "Bavariya" Alfonso Deyvisi 2019-cu ilin yanvarında "Vankuver"dən transfer edib. Kanada millisinin üzvü alman klubunun heyətində 210 rəsmi matçda 11 qol vurub və 34 məhsuldar ötürmə edib.