Bakı. Trend:
Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, kvota Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən hər ilin başlanmasına 1 ay qalmış təsdiq ediləcək.
Qeyd edək ki, bu müddət əvvəl 3 ay idi.