...

Çin əyalətində nəhəng qızıl yatağı aşkar edildi

Dünya xəbərləri Materials 22 Noyabr 2024 04:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çinin Hunan əyalətində geoloqlar Vanqu yatağında 300,2 ton qızıl ehtiyatı aşkar ediblər.

Trend xəbər verir ki, əyalət idarəsinin yaydığı məlumata əsasən, təsdiqlənmiş ehtiyatların ümumi dəyəri 82,8 milyard dollar həcmində qiymətləndirilir.

Qızıl tərkibli damarlar yerin 2 min metrdən çox dərinliyində yerləşir. İlkin hesablamalara görə, hər ton filizdə qiymətli metalın miqdarı təxminən 138 qramdır.

Rəsmi məlumatda bildirilir ki, ümumilikdə 40-dan çox qızıl tərkibli damar aşkar edilib. Mütəxəssislər yatağın miqyasını "çox böyük" adlandıraraq ehtiyatların min tondan artıq olduğunu vurğulayıblar.

Çin hazırda dünyanın ən böyük qızıl istehsalçısıdır. Dünya Qızıl Şurasının məlumatına əsasən, ötən il dünya üzrə qızıl istehsalının təxminən 10%-i Çinin payına düşüb. Bu yeni kəşf, Çinin qlobal qızıl bazarındakı liderliyini daha da möhkəmləndirəcək.

Xəbər lenti

Xəbər lenti