Bakı. Trend:
Xarici KİV-lər dünyanın ən güclü yerli futbol çempionatlarının siyahısını açıqlayıb.
Trend xəbər verir ki, siyahıda 20 liqa yer alıb.
İlk "5-lik"də yalnız Avropa ölkələrinin futbol çempionatları var. Sıralamaya İngiltərə Premyer Liqası liderlik edir.
Qardaş ölkə Türkiyənin Superliqası da ən yaxşılar arasına düşməyi bacarıb.
Dünyanın ən güclü 20 yerli futbol çempionatı:
1. İngiltərə Premyer Liqası
2. İtaliya A seriyası
3. Almaniya Bundesliqası
4. İspaniya La Liqası
5. Fransa Liqa 1
6. Braziliya A seriyası
7. Portuqaliya Premyer Liqası
8. Belçika Pro Liqası
9. ABŞ MLS-i
10. İngiltərə Çempionşipi
11. Argentina Premyera Divizionu
12. Danimarka Superliqası
13. Niderland Erediviziyası
14. Meksika Aperturası
15. Çexiya 1-ci liqası
16. Polşa Ekstraklasası
17. Almaniya 2-ci Bundesliqası
18. Türkiyə Superliqası
19. İtaliya B seriyası
20. İsveçrə Superliqası