...

ABŞ husilərin Yəməndəki mövqelərinə raket zərbəsi endirib

Dünya xəbərləri Materials 22 Noyabr 2024 02:34 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ silahlı qüvvələri Yəməndə qiyamçı husi hərəkatı “Ənsar Allah”ın nəzarətində olan əl-Hodeydə əyalətinə dənizdən raket zərbələri endirib.

Trend xəbər verir ki, bu barədə “əl-Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Qırmızı dənizdə yerləşən ABŞ hərbi gəmiləri husilərin mövqelərinə ən azı dörd raket atıb.

Hədəf, əyalət paytaxtından təxminən 90 kilometr cənubda yerləşən əl-Mətina bölgəsindəki obyektlər olub. ABŞ tərəfi əməliyyatla bağlı əlavə məlumat paylaşmayıb.

Xəbər lenti

Xəbər lenti