Bakı. Trend:
ABŞ-ın "Corc Vaşinqton" təyyarədaşıyan gəmisi Yaponiyanın Kanaqava prefekturasındakı Yokosuka hərbi bazasına daimi dislokasiya üçün gəlib.
Trend-in məlumatına görə, gəmi Yokosukada yerləşən "Ronald Reyqan" təyyarədaşıyan gəmisini əvəz edəcək. "Corc Vaşinqton" 9,5 ildən sonra yenidən Yaponiyada xidmət göstərəcək. O, 2008-2015-ci illər arasında burada yerləşmiş və Yokosukada daimi bazalanmış ilk Amerika nüvə enerjili təyyarədaşıyan gəmisi olmuşdur. Daha sonra təmir və modernizasiya məqsədilə ABŞ-a göndərilmişdi.
Bu addım ABŞ-ın regiondakı mövqelərini gücləndirmək və Yaponiyada təhlükəsizlik sahəsindəki əməkdaşlığı dərinləşdirmək məqsədini güdür.