Bakı. Trend:
Amerikalı milyarder İlon Mask bazar ertəsi Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliffin dəvəti ilə agentliyə baş çəkməlidir.
Trend xəbər verir ki, bu barədə CNN iki mənbəyə istinadən məlumat yayıb.
CNN-in mənbələrindən biri bildirib ki, CIA direktoru Cümə günü işçilərlə görüşdə Maskın səfərini açıqlayıb.
Retkliff, milyarderlə “texnologiya” və agentliyin missiyasını irəli aparmaqla bağlı məsələləri müzakirə etmək istədiyini deyib.
Bundan əvvəl Senatda dinləmələr zamanı Retkliff Maska bağlı Hökumətin Effektivliyi Departamentinin (DOGE) CIA-ya getmədiyini və agentliyə təsirinin sıfır olduğunu bildirib.