...

Gəncədə aksiz markasız siqaretlər və spirtli içkilər aşkarlanıb

Cəmiyyət Materials 1 Aprel 2025 16:32 (UTC +04:00)
Gəncədə aksiz markasız siqaretlər və spirtli içkilər aşkarlanıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Gəncə Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər çərçivəsində aksiz markası ilə markalanmayan siqaretlərin və saxta aksiz markası ilə markalanmış spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, Gəncə şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və avtomobilin yük yerindən aksiz markası ilə markalanmayan müxtəlif markalı 66 200 ədəd siqaret və saxta aksiz markası ilə markalanmış 48 ədəd spirtli içki aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti