...

Misir ehramlarının altında yeraltı şəhərin olması “kəşfi” yalan çıxdı

Dünya xəbərləri Materials 1 Aprel 2025 20:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Misirli arxeoloq Zahi Həvas Giza ehramlarının altında yeraltı şəhərin olması ilə bağlı iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məqalələr dərc ediblər.

Həvas yeraltı şəhərlə bağlı tədqiqatın müəlliflərini “avantüristlər” kimi qələmə verib və bildirib ki, peyk görüntülərindən istifadə etməklə belə bir nəticəyə gəlmək qeyri-rasionaldır.

Arxeoloq buna sübut olaraq, Stenford universitetindən (Kaliforniya) olan missiyanın Misirin Eyn-Şəms universitetinin alim qrupu ilə birgə şəkildə Xefren ehramının içində tədqiqat apardıqlarını və onun altında hər hanzı nəhəng sütunlar aşkarlamadıqlarını xatırladıb.

“Biz həmin o italyan avantüristlərin Misirdə elmi tədqiqatlar apardıqlarını eşitməmişik! Onları Giza ehramları ərazisində görən olmayıb. Onların yeganə etdiyi şey bu cür jurnaldan öz miflərini yaymaq üçün istifadə etmək olub", - Həvas bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti