Bakı. Trend:
Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi 175-177 ünvanında yerləşən “Kəpəz” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binasının damında aparılan işlərlə bağlı aprelin 1-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib, nəticədə, razılaşdırılmamış tikinti işlərinin aparıldığı müəyyən edilib.
Bu barədə Trend-ə Komitədən məlumat verilib.
Qeyd edilir ki, aparılan işlər mövcud qanunvericiliyin tələblərinə zidd olduğu üçün Baş İdarə tərəfindən dayandırılıb və akt tərtib edilib.
"Eyni zamanda, şəhərsalma nəzarəti çərçivəsində müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət edilib”, - qurumdan vurğlanıb.