...

“PAŞA Bank”ın “ZirvədəSən” təcrübə proqramına qeydiyyat başladı!

İqtisadiyyat Materials 1 Aprel 2025 17:52 (UTC +04:00)
“PAŞA Bank”ın “ZirvədəSən” təcrübə proqramına qeydiyyat başladı!

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” karyerasında uğur qazanmaq istəyən tələbə və yeni məzunlar üçün “ZirvədəSən” təcrübə proqramının qeydiyyatına start verib.

Proqram çərçivəsində iştirakçılar seçdikləri sahə üzrə təcrübə keçəcək və korporativ iş mühti ilə yaxından tanış olacaqlar. Bankın təqdim etdiyi bu təcrübə proqramı 3 aylıq müddəti əhatə edir. Təcrübəçilər təlim və mentorluq dəstəyi əldə edəcək və təcrübə müddətində aylıq ödənişlə təmin olunacaqlar. Proqramı uğurla tamamlayan iştirakçılar isə “PAŞA Bank”da karyera qurmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, son qeydiyyat tarixi 10 aprel 2025-ci ildir. Karyerada zirvəyə doğru ilk addımı atmaq istəyənlər ümumi səhifədəki linkə keçid edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti