Bakı.Trend:
Birləşmiş Ştatların prezidenti Donald Tramp ABŞ Hökumət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri İlon Maska qurumdakı fəaliyyəti zamanı göstərdiyi xidmətləri təqdir edib. Bununla belə o, bürokratiyadan qaynaqlanan izafi federal xərclərin ixtisarına cavabdeh olan milyarderin nə vaxtsa öz biznesinə qayıdacağını diqqətə çatdırıb.
Trend bu haqda ABŞ KİV-ə istinadən xəbər verir.
Məlumata görə, “DOGE” adlı həmin qurumun müvəqqəti xarakterli olduğunu xatırladan Tramp Maskın daha 130 gün onun rəhbəri postunda qalacağını bildirib.
Tramp Maskın ona tapşırılanların öhdəsindən layiqincə gəldiyini desə də, onun “böyük şirkətdə biznes –idarəçiyilinə qayıtmağının” vaxtı çatdığını vurğulayıb. Lakin o, Maskın dövlət qulluğunda qalması üçün səy göstərəcəyini gizlətməyib.