Bakı. Trend:
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda qeyri-həyat sığortası üzrə sığorta şirkətlərinin yığımları 110 milyon manat təşkil edib.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə müqayisədə 6 milyon manat və ya 5,8% çoxdur.
Eyni zamanda hesabat dövründə qeyri-həyat sığortası üzrə ödənişlərin həcmi 17,6 milyon manat təşkil edib. Bu isə 2024-cü ilin yanvar-fevral aylarındakı göstərici ilə müqayisədə 2,2 milyon manat və ya 11,1% azdır.
Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycandakı sığorta şirkətlərinin xətti ilə 281,2 milyon manat sığorta haqqı yığılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 17,2% çoxdur.
Eyni zamanda, hesabat dövründə sığorta şirkətlərinin xətti ilə 108,6 milyon manat sığorta ödənişi edilib. Bu isə əvvəlki ilin eyni aylarındakı göstərici ilə müqayisədə 11,5% artım deməkdir.