Bakı. Trend:
Avropa Komissiyası makro-maliyyə yardımı proqramı çərçivəsində Ukraynaya 3.5 milyard avro həcmində növbəti maliyyə tranşını gerçəkləşdirib.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal bildirib.
Şmıqalın sözlərinə görə, bununla Aİ-nin adıçəkilən proqramın xətti ilə Ukraynaya ayırdığı maliyyə yardımının ümumi məbləği 19.6 milyard avroya çatmış olub.
“Ukrayna “Ukraine Facility” proqramı çərçivəsində Avropa Komissiyasından növbəti 3.5 milyard avro həcmində tranşı qəbul edib”,- Şmıqal vurulayıb.
Qeyd edək ki, bundan öncəki 3.5 milyard avroluq tranş martın 17-də həyata keçmişdi.