...

Asiya İnkişaf Bankı Myanmaya humanitar yardım ayıracaq

Dünya xəbərləri Materials 1 Aprel 2025 17:50 (UTC +04:00)
Asiya İnkişaf Bankı Myanmaya humanitar yardım ayıracaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Asiya İnkişaf Bankı (AİB) Myanmada 7.7 bal gücündə baş vermiş dağıdıcı zəlzələnin fəsadlarından əziyyət çəkən insanların humantiar ehtiyaclarını ödəmək və fəlakət zonasında fövqəladə yardıma dəstək məqsədilə 3 milyon dollar maddi yardım ayıracağını elan edib.

Trend bu barədə Asiya İnkişaf Bankının rəsmi saytında dərc olunan məlumata istinadən xəbər verir.

Məlumata görə, hal-hazırda AİB rəyasət heyətinin təsdiqi üçün hazırlanan qrant BMT-nin Ümumdünya Ərzaq Proqramının xətti ilə ünvanına çatdırılacaq. Qurumun vasitəsilə ayrılacaq qrant yardıma ehtiyacı olanlara ərzaq və ya nağd şəkildə pul yardımı, həmçinin içməli su tədarükü, tibbi ləvazimatların və müvəqqəti sığınacağın maliyyələşməsinə sərf olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti