Bakı. Trend:
"Araz Saatlı" futbol klubunda boş qalan baş məşqçi postuna yeni təyinat reallaşıb.
Trend xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Aran təmsilçisi A kateqoriyalı mütəxəssis Asim İbrahimovla növbəti mövsümün sonuna qədər müqavilə bağlayıb.
İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, həmçinin Ukrayna, Türkiyə, son olaraq Moldova klublarında da məşqçilik edib.
Qeyd edək ki, klubun son məşqçisi Şəhriyar Məmmədov bir neçə gün öncə istefa verib.