Ağcabədi. Trend:
01.04.2025-ci il tarixində saat 10:30 radələrində Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi cinsli) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilir ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.
"Hazırda xəsarət alan şəxslərin tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicələri davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - qurumdan vurğulanıb.
xxx
15:44
Ağcabədidə yol nəqliyyat hadisəsi zamanı 4 nəfər xəsarət alıb.
Trend-in yerli müxbirinin əldə etdiyi məlumata görə, hadisə Bəhrəmtəpə Hindarx yolunun Ağcabədi rayon ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ"2107 markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı dəmir məhəccərə çırpılıb.
Nəticədə avtomobildə olan 4 nəfər Ağcabədi rayon Xocavənd kənd sakinləri Mamedov Elyas Feyruz oğlu, Ağayev Rahib Xəlil oğlu, Hüseynov Əlvan Fikrət oğlu və Quliyev Etibar Asif oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.