...

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 1 Aprel 2025 18:23 (UTC +04:00)
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

MDB Parlamentlərarası Assambleya Şurasının – Müstəqil Dövlətlər Birliyi iştirakçılarının adından Novruz bayramı münasibətilə təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Bu qədim bayram yeni həyatın rəmzidir, Birlik ölkələrinin bir çoxunun mədəni irsinin ayrılmaz hissəsidir.

MDB məkanında yaşayan xalqlar xeyirxahlıq, dostluq və qonaqpərvərlik ideyalarının təcəssümü olan Novruz ənənələrini qoruyub saxlayır və əziz tuturlar.

Möhtərəm İlham Heydər oğlu, bu gözəl bayram münasibətilə Sizə və dost Azərbaycan xalqına xoşbəxtlik, əmin-amanlıq, sülh və uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti