...

Rəşid Temrezov Prezident İlham Əliyevi təbrik edib

Siyasət Materials 1 Aprel 2025 17:46 (UTC +04:00)
Rəşid Temrezov Prezident İlham Əliyevi təbrik edib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Çoxmillətli Qaraçay-Çərkəz xalqı adından və şəxsən öz adımdan Sizi və günəşli Azərbaycan Respublikasının bütün müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm.

Əminəm ki, Azərbaycanda müsəlmanlar Ramazan sınaqlarından dərin etiqad və ləyaqətlə çıxıb, mənəvi təmizliyə, mükəmməlləşməyə və yüksək idealların həyata keçməsinə səy göstəriblər. Bu müqəddəs ay bizə prioritetləri düzgün seçməyi, ruhun gücünü artırmağı və həyatda şəfqətin, quruculuğun, mərhəmətin və qarşılıqlı hörmətin əsas olduğunu öyrədir. Bu əbədi dəyərlər milli mənsubiyyətindən və etiqadından asılı olmayaraq bütün insanları birləşdirir.

Hörmətli İlham Heydər oğlu, bu müqəddəs bayram münasibətilə Sizə, yaxınlarınıza və Azərbaycanın bütün əhalisinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və tərəqqi arzulayıram.

Qoy həmişə sülh, əmin-amanlıq və sevinc Sizinlə olsun, Azərbaycan isə öz ənənələrini qoruyub saxlayaraq və xalqlarımız arasında dostluğu möhkəmləndirərək inkişafa davam etsin".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti