Bakı. Trend:
ABŞ-nin Hökümət Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri, amerikalı iş adamı İlon Mask dünyanın ən zəngin insanı elan edilib.
Trend bu haqda “Forbes” nəşrinin yenilənmiş reytinq cədvəlinə istinadən xəbər verir.
Məlumata görə, Maskın hazırkı varidatı 342 milyard ABŞ dolları civarında qiymətləndirilir. İkinci yerdə “Meta” korporasiyasının başçısı Mark Zukerberq qərarlaşıb, onun aktivləri 215 milyard dollar təşkil edir.
Reytinq cədvəlinin ilk üçlüyünü isə “Amazon” təsisçisi Ceff Bezos 215 milyard varidatla tamamlayır.
Qeyd edək ki, nəşrin reytinq cədvəlinə toplam varidatları 16,1 trilyon dollara yaxın olan 3 mindən çox zəngin iş adamı daxil edilib.