Bakı. Trend:
Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident İlham Əliyevi təbrik edib.
Trend xəbər verir ki, təbrik məktubunda deyilir:
"Zati-aliləri.
Müqəddəs Ramazan bayramı münasibətilə Maldiv Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına səmimi təbriklərimizi çatdırırıq.
Ramazan ayı mənəvi yenilənmə, düşüncə və birlik dövrüdür, insanları imana, mərhəmətə və xeyirxahlığa ilhamlandıran aydır.
Bu müqəddəs ayın başa çatmasını qeyd etdiyimiz vaxtda qoy bu bayram bizim dostluq əlaqələrimizi, əməkdaşlığımızı daha da möhkəmləndirsin, ölkələrimizə əmin-amanlıq və firavanlıq gətirsin.
Dua edirəm ki, Uca Allah Zati-alinizə və Azərbaycan xalqına sonsuz ruzi-bərəkət bəxş etsin. Bu Ramazan bayramında Sizə möhkəm cansağlığı və davamlı uğurlar arzu edirəm.
Həmçinin bu xoş fürsətdən istifadə edib İordan çayının qərb sahilində və Qəzzada fələstinlilərin iztirablarının yüngülləşdirilməsi və Fələstin xalqının öz müqəddəratını təyinetmə və paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin Dövlətinin yaradılması işinə ədalətli və davamlı həll yolunun təmin edilməsi məqsədilə İslam ümmətini səylərimizi birləşdirməyə çağırıram".