Bakı. Trend:
Rumıniyanın paytaxtı Buxarestdə minlərlə insan küçələrə axışaraq etiraz aksiyası keçirir. Aksiya iştirakçıları hökumətin böyük büdcə kəsirini azaltmaq məqsədilə həyata keçirdiyi sərt iqtisadi ölçülərə etiraz edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Etirazçılar eyni zamanda hökumətdən maaşların artırılmasını, inflyasiyanın cilovlanması üçün tədbirlər görülməsini və işçilər üçün vergi güzəştlərinin tətbiqini tələb edib.
Aksiya onlarca peşəkar federasiyanı birləşdirən Milli Həmkarlar İttifaqları Bloku tərəfindən təşkil edilib və Rumıniya hökumətinin büdcə kəsirini azaltmaq istiqamətində atdığı addımlarla eyni vaxta təsadüf edir.
Qeyd edilir ki, 2024-cü ildə kəsir 9 faizdən çox olub - bu, Avropa İttifaqının 27 üzvü arasında ən yüksək göstəricilərdən biridir.
