Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda Hizbullaha aid silah-sursat anbarında və terrorçulara aid olduğu deyilən yaxınlıqdakı yeraltı obyektə aviazərbələr endirib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin rəsmi “X” səhifəsində məlumat yayılıb.
Paylaşıma aviazərbənin peyk görüntüsü və hədəfi xəritədə əks etdirən təsvir də əlavə edilib.
Hərbi mənbə “Times of Israel” nəşrinə verdiyi açıqlamda, vurulan infrastrukturun idman və istirahət mərkəzinin yanında yerləşdiyini və terorrçuların mülki əhalidə canlı sipər kimi istifadə etmək məqsədilə qəsdən həmin ərazidə fəaliyyətdə olduqlarını bildirib.
