Bakı. Trend:
Yanvarın 13-də Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio Dövlət departamentində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanı qəbul edəcək.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, görüş yerli vaxtla saat 12:00-da başlayacaq (Bakı vaxtı ilə 21:00-da).
Görüşdə ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Elison Huker və Avropa və Avrasiya məsələləri üzrə Büronun (Dövlət Departamentinin) aparıcı mütəxəssisi Brendan Harnahan da iştirak edəcək.
Görüşün gündəliyi və hansı istiqamətdə müzakirələrin aparılacağı barədə məlumat verilmir.
