...

Suriya SDQ ilə atəşkəsi 15 gün müddətinə uzatdi

Dünya xəbərləri Materials 25 Yanvar 2026 02:01 (UTC +04:00)

Bakı. Trend:

Suriya keçid hökumətinə tabe olan Müdafiə Nazirliyi "Suriya Demokratik Qüvvələri" (SDQ) koalisiyası ilə atəşkəsin 15 gün uzadıldığını elan etdi.

Trend-in məlumatına görə, bu barədə "SANA" agentliyi xəbər verib.

Məlumata əsasən, qərar 24 yanvar tarixində yerli vaxtla saat 23:00-da qüvvəyə minib.

"Atəşkəsin uzadılması ABŞ-ın SDQ həbsxanalarından İraqa "İŞİD" üzvü olan məhbusların köçürülməsi əməliyyatlarına dəstəyi çərçivəsində həyata keçirilir", - deyə nazirlik qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti