Bakı. Trend:
Avropa artıq Rusiya ilə müharibə vəziyyətindədir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının diplomatik xidmətinin baş katibi Belen Martines Karbonel "Pais" qəzetinə verdiyi müsahibəsində bildirib.
“Biz artıq Rusiya ilə müharibə vəziyyətindəyik… Avropa ölkələrinin vətəndaşlarının səfərbər edilməsi və döyüşlərdə iştirakı məsələsinə gəlincə, mən bunu baş verməyəcəyini düşünməyə üstünlük verirəm”, – deyə o bildirib.
Karbonel qeyd edib ki, Avropa İttifaqı “ədalətli və davamlı sülh” əldə etməyə çalışmalıdır və bunun üçün ABŞ-nin dəstəyi zəruridir. Onun sözlərinə görə, Aİ ölkələri prioritetlərin dəyişdiyinin fərqində olmalıdır: müdafiə qabiliyyətinin gücləndirilməsi resursların yenidən bölüşdürülməsini tələb edəcək və Avropalıların alışdığı müəyyən komfort səviyyəsindən imtina ilə nəticələnə bilər.
