...

Sərhədsiz dünya ideyası cəfəngiyyatdır – Marko Rubio

Dünya xəbərləri Materials 14 Fevral 2026 12:53 (UTC +04:00)
Sərhədsiz dünya ideyası cəfəngiyyatdır – Marko Rubio
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sərhədsiz dünya ideyası və milli maraqların qlobal nizamla əvəz olunması düşüncəsi axmaq fikir idi və Qərb bunun üçün yüksək bədəl ödəməli oldu.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri ABŞ-ın dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında səsləndirib.

“Qaydalara əsaslanan bu nizamın milli maraqları əvəz edəcəyi, sərhədsiz bir dünyada yaşayacağımız və hər kəsin dünya vətəndaşı olacağı fikri axmaq ideya idi”, – deyə o bildirib.

Onun sözlərinə görə, Qərbdə iqtisadi və ticarət əlaqələrinin dövlətin vəzifələrini əvəz edəcəyinə ümid edirdilər.

“Biz bunun üçün yüksək bədəl ödədik. Biz azad və tənzimlənməyən ticarətin doqmatik ideologiyasını qəbul etdik”, – deyə Rubio vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti