...

Qərb sənaye liderliyini və təcahizat zəncirlərinə nəzarəti bərpa etməlidir - Marko Rubio

Dünya xəbərləri Materials 14 Fevral 2026 13:10 (UTC +04:00)
Qərb sənaye liderliyini və təcahizat zəncirlərinə nəzarəti bərpa etməlidir - Marko Rubio
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Qərb ölkələri XXI əsrdə rəqabətqabiliyyətli qalmaq üçün öz sənayeləri üzərində nəzarəti geri qaytarmalı, istehsal güclərini bərpa etməli və zəruri əhəmiyyətli təchizat zəncirlərinin təhlükəsizliyini təmin etməlidirlər.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

Rubio qeyd edib ki, son onilliklər Qərbin sənaye potensialını zəiflədən strateji iqtisadi səhvlərlə yadda qalıb.

O, “azad və heç bir məhdudiyyəti olmayan ticarətin doqmatik baxışı” adlandırdığı yanaşmanı tənqid edərək bildirib ki, bu, bir sıra ölkələrə öz iqtisadiyyatlarını qorumağa və milli sahələri subsidiyalaşdırmağa imkan verib, eyni zamanda isə Qərb istehsalını zəiflədib.

“Bu yanlış yanaşma çərçivəsində biz azad və heç bir məhdudiyyəti olmayan ticarətin doqmatik baxışını qəbul etdik, halbuki bəzi ölkələr öz iqtisadiyyatlarını qoruyur və şirkətlərini subsidiyalaşdıraraq sistemli şəkildə mövqelərimizi sarsıdır, zavodlarımızın bağlanmasına səbəb olurdu. Bu isə cəmiyyətlərimizin əhəmiyyətli hissəsinin deindustrializasiyasına, milyonlarla orta sinif iş yerinin xaricə köçürülməsinə və kritik əhəmiyyətli təchizat zəncirlərimiz üzərində nəzarətin həm rəqiblərə, həm də düşmənlərə verilməsinə gətirib çıxardı”, – Rubio bildirib.

O, qabaqcıl texnologiyalar və strateji muxtariyyətə yönəlmiş yeni sənaye gündəliyinin vacibliyini vurğulayıb.

Rubio, transatlantik əməkdaşlığın əsas istiqamətləri kimi kommersiya kosmik uçuşlarını, süni intellekti, sənaye avtomatlaşdırılmasını, çevik istehsalı və zəruri əhəmiyyətli faydalı qazıntılar üzrə qorunan təchizat zəncirlərinin yaradılmasını göstərib.

Rubio, həmçinin Qlobal Cənub ölkələrinin iqtisadiyyatları da daxil olmaqla, inkişaf edən bazarlarda rəqabətqabiliyyətliliyin vacibliyini daha geniş ümumi iqtisadi maraqların təşviqi strategiyasının bir hissəsi kimi vurğulayıb.

“Ordular abstraksiyalar uğrunda vuruşmur. Ordular xalq uğrunda vuruşur. Ordular millət uğrunda vuruşur. Ordular həyat tərzi uğrunda vuruşur”, – deyə Rubio bildirib və əlavə edib ki, Qərb təkcə öz təhlükəsizliyini deyil, həm də iqtisadi müstəqilliyini qorumaq məcburiyyətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti