...

BMT aktual məsələlərin həllində faktiki olaraq heç bir rol oynamır – Rubio

Dünya xəbərləri Materials 14 Fevral 2026 13:17 (UTC +04:00)
BMT aktual məsələlərin həllində faktiki olaraq heç bir rol oynamır – Rubio
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatı (BMT) böyük potensiala malikdir, lakin ən aktual məsələlər üzrə cavablara sahib deyil və faktiki olaraq heç bir rol oynamır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Münhen Təhlükəsizlik Konfransında bildirib.

“BMT hələ də bir alət kimi çıxış etmək üçün böyük potensiala malikdir, lakin bu gün qarşımızda duran ən mühüm məsələlər üzrə onun cavablarının olmadığını və əslində heç bir rol oynamadığını görməzlikdən gələ bilmərik”,- diplomat bildirib.

Onun sözlərinə görə, BMT Qəzza sektorunda və Ukraynada münaqişələri nizamlaya bilməyib və Ukrayna məsələsində danışıqların mümkün olması məhz ABŞ sayəsində baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti