...

Suverenliyin qorunması üçün Qərb ölkələri qlobal institutlarda islahatlar aparmalıdır - ABŞ dövlət katibi

Dünya xəbərləri Materials 14 Fevral 2026 14:14 (UTC +04:00)
Suverenliyin qorunması üçün Qərb ölkələri qlobal institutlarda islahatlar aparmalıdır - ABŞ dövlət katibi
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq institutlar suveren dövlətlərə daha yaxşı xidmət göstərmək və qlobal sabitliyi təmin etmək üçün islahat olunmalı və gücləndirilməlidir.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib.

“Biz qurduğumuz beynəlxalq əməkdaşlıq sistemindən imtina etməməliyik, birlikdə formalaşdırdığımız köhnə nizamın qlobal institutlarını dağıtmağa ehtiyac yoxdur. Lakin onlarda islahatlar aparılmalıdır. Onlar yenidən qurulmalıdır”, – o bildirib.

Rubio qeyd edib ki, ABŞ-nin münaqişələrin həllində nümayiş etdirdiyi liderlik göstərir ki, zəruri təhlükəsizlik məsələlərinin həlli üçün təkcə beynəlxalq institutlara güvənmək kifayət etmir.

“İdeal dünyada bütün bu problemlər diplomatlar və dəqiq formalaşdırılmış qətnamələr vasitəsilə həll olunardı. Lakin biz ideal dünyada yaşamırıq. Və biz vətəndaşlarımıza açıq şəkildə təhdid yaradan və qlobal sabitliyi risk altına qoyan şəxslərin özlərinin mütəmadi olaraq pozduqları beynəlxalq hüququn abstrakt prinsipləri arxasında gizlənməsinə imkan verməyə davam edə bilmərik”, – deyə Rubio vurğulayıb.

O, təhlükəsizlik, suverenlik və özünütəminat prinsiplərinə əsaslanan yenilənmiş transatlantik alyansa çağırış edib.

“Biz gələcəyə inamla yönələn, xalqımızı qorumağa, maraqlarımızı müdafiə etməyə və öz taleyimizi müəyyən etməyə imkan verən, hərəkət azadlığını saxlamağa hazır olan bir alyans istəyirik”, – deyə Rubio qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti