...

Tehranın nüvə proqramı beynəlxalq ictimaiyyətin tələbləri ilə bir araya sığmır

Dünya xəbərləri Materials 3 May 2006 13:23 (UTC +04:00)

"Altılıq" ölkələri hesab edir ki, İranın nüvə proqramı beynəlxalq ictimaiyyətin tələbləri ilə ziddiyyət təşkil edir . Bu barədə çərşənbə günü jurnalistlərə Fransa XİN başçısının müavini Jan-Batist Mattei BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkə nümayəndələrinin Paris danışıqlarının yekunları üzrə bəyan edib.

Trend in xəbər verdiyi kimi, İranın nüvə proqramının müzakirə olunduğu Paris görüşündə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa XİN başçılarının müavinləri iştirak edib.

J.-B.Matteinin sözlərinə görə, görüş iştirakçıları "beynəlxalq tələblərlə bir araya sığmayan İranın nüvə proqramı ilə bağlı narahatlıqlarını bildirib.

J.-B.Mattei onu da qeyd edib ki, iştirakçılar müzakirələri mayın 8-də keçiriləcək Nyu-York görüşündə davam etdirməklə bağlı razılığa gəlib". Bu görüşdə də İranın nüvə dosyesi və beynəlxalq ictimaiyyətin atacağı addımlar müzakirə mövzusu olacaq". Bu barədə İnterfaks xəbər verir.

Xəbər lenti

Xəbər lenti