...

ABŞ Ermənistanda yeni atom elektrik stansiyası tikilməsinin tərəfdarı deyil

Dünya xəbərləri Materials 3 May 2006 15:37 (UTC +04:00)

Ermənistanla İqtisadi əməkdaşlıq üzrə erməni-ABŞ işçi qrupunun iclasında bu ölkədə ikinci atom elektrik stansiyasının tikintisi məsələsi müzakirə olunub. Bu barədə iclasdan sonra keçirilən mətbuat konfransında Ermənistanın maliyyə və iqtisadiyyat naziri Vardan Xaçatryan bildirib.

Nazir bildirib ki, Ermənistanın energetika nazirinin müavini dəqiq göstərib ki, əgər hazırda fəaliyyət göstərən Metsamor atom elektrik stansiyası bağlanarsa, onda elə həmin gün yenisinin tikintisinə başlanılmalıdır ", - deyə nazir qeyd edib. Bu zaman onun sözlərinə görə, ikinci atom elektrik stansiyasının gücü nəzərdə tutulduğu kimi daha böyük - 1000 mVt olmalıdır. Bununla yanaşı, V.Xaçatryan bildirib ki, Ermənistan hökuməti həm yeni stansiyanın tikintisi üçün, həm də köhnənin bağlanması üçün maliyyə vəsaiti tapmağı bacarmalıdır.

Trend in verdiyi məlumata görə, ABŞ-ın Avropa və Avrasiya xətti üzrə əlaqələndiricisi Tom Adams ABŞ hökumətinin Ermənistanda yeni atom elektrik stansiyasının tikitisinin tərəfdarı olmadığını bildirib. O qeyd edib ki, təhlükəsizlik məsələsini nəzərə alaraq alternativ həll yolunun tapılması daha doğru olardı. Bu barədə Qafqaz-Press məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti