...

Aktauda "Aktau. Infrastructure.kz" beynəlxalq konfransı açılıb

Dünya xəbərləri Materials 17 May 2006 15:21 (UTC +04:00)

Bu gün Aktauda "Aktau. Infrastructure.kz" birinci beynəlxalq konfransı öz işinə başlayıb.

Trend in verdiyi məlumata görə, 3 gün ərzində konfrans çərçivəsində "Aktau. Infrastructure.kz"I Xəzər regional sərgisində 3 sessiya keçiriləcək.

"Mangistau regionunun dinamik inkişafının zəruri şərti kimi Xəzəryanı dövlətlərin çoxtərəli qarşılıqlı səmərəli əməkdaşlığı" adlı birinci sessiyada vilayətin rəhbəri Krımbek Kuşerbayev çıxış edəcək. O, Qazıxıstan iqtisadiyyatının hissə-hissə və ərazilər üzrə inkişafının Strategiyası çərçivəsində Mangistau vilayətinin inkişafı perspektivlərindən danışacaq. Azərbaycanın Nəqliyyat Nazirliyinin nəqliyyat siyasəti və iqtisadiyyat şöbəsinin baş məslçhətçisi N. İsmayılova "Azərbaycanla Qazaxıstan arasında nəqliyyat dialoqu" adlı məruzə ilə çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti