...

Vladimir Putin: Rusiya və AB əməkdaşlığın daha fəal hüquqi modelinə keçməlidirlər

Dünya xəbərləri Materials 25 May 2006 17:00 (UTC +04:00)

Rusiya və AB əməkdaşlığın daha fəal hüquqi modelinə keçməlidirlər.Bu barədə RF-nın prezidenti Vladimir Putin bu gün Rusiya-AB sammitinin açılışında bəyan edib. V.Putin xatırladıb ki, 2007-ci ildə Rusiya ilə Avropa Birliyi arasında tərəfdaşlıq və əməkdaşlıq barədə Razılaşmanın fəaliyyət müddəti başa çatır. "Müasir reallıqdlara adekvat olan əməkdaşlığın daha fəal modelinə çıxmaq bizim ümumi marağımızdadır ",- deyə RF-nın prezidenti qeyd edib.

Trend in RBK-ya istinadən verdiyi məlumata görə, V.Putin qeyd edib ki, Rusiya AB-yə əsas tərəfdaş kimi baxır. Rusiya prezidentinin sözlərinə görə, Rusiya və AB Avropada sabitlik və təhlükəsizliyin təminatı üzərində birgə işləyir və sosial və iqtisadi məsələləri səmərəli həll edir. "İldən-ilə Rusiya ilə AB arasında qarşılıqlı fəaliyyətin daha dinamik olduğunu nəzərə alaraq bu faktı göstərici hesab edirəm ", - deyə dövlət başçısı bildirib. O, 2005-ci ildə Rusiya ilə AB-nin 4 ümumi məkanın formalaşdırmağa başladığını xatırladıb. Bu günki sammitdə bu işin konkret yekunları, ilk növbədə, RF və AB-nin 4 ümumi məkanını "yol xəritələri"nin nə dərəcədə səmərəli şəkildə reallaşdırıldığı müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti