...

Rusiya XİN: RF İrana qarşı güc tətbiq olunması haqqında qərarı dəstəkləməyəcək

Dünya xəbərləri Materials 20 İyun 2006 13:17 (UTC +04:00)

Rusiya BMT Təhlükəsizlik Şurasının hər-hansı şəkildə İrana qarşı gücün tətbiq olunması qərarını heç vaxt dəstəkləməyəcək. Bu barədə Rusiya nümayəndə heyətinin rəhbəri, RF Xarici İşlər nazirinin müavini Andrey Denisov İslam Konfransı Təşkilatının Xarici işlər nazirləri Şurasının sessiyasında çıxış edərkən bildirib.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, diplomat qeyd edib ki, İran probleminin güc yolu ilə həlli "hər şeydən əvvəl region üçün məhvedici nəticələrə səbəb olacaq ciddi münaqişə törədə bilən, sonu olmayan yoldur". O ümid edir ki, BMT TŞ-nin beş daimi üzvünün və Almaniyanın İran tərəfinə təqdim etdiyi təklif "yaranan vəziyyətin danışıq yolu ilə həllində real yollar tapmaq imkanı verəcək".

Xəbər lenti

Xəbər lenti