...

AB sammiti Bolqarıstan və Rumıniyanın Avropa Birliyinə qəbul olunmasını təsdiq edib

Dünya xəbərləri Materials 15 Dekabr 2006 16:50 (UTC +04:00)

Brüsseldə öz sammitlərini keçirən Avropa Birliyi liderləri bu gün Bolqarıstan və Rumıniyanı "Avropa Birliyinin yeni üzvləri" qismində "isti qarşılayıb".

Beləliklə, 1 yanvar 2007-ci il tarixindən AB-yə üzv olan dövlətlərin sayı 25-dən 27-yə yüksələcək. Bu barədə Trend İTAR-TASS-a istinadən xəbər verir.

Sammit iştirakçıları qeyd edib ki, Bolqarıstan və Rumıniyanın Avropa Birliyinə qoşulması Avropa Birliyinin sayca beşinci genişlənmə prosesinin uğurla başa çatması deməkdir.

Xəbər lenti

Xəbər lenti