...

Astananın baş planında dəyişikliklərə ölçülüb-biçilmiş və peşəkarcasına yanaşmaq lazımdır - prezident

Dünya xəbərləri Materials 9 Fevral 2007 17:38 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astananın baş planının korrektura edilməsi konsepsiyasının ekpertizasını aparmaq üçün hökumətə və şəhər akimatına (adminstrasiyaya) göstəriş verib.

"Ölçülüb-biçilmiş və peşəkarcasına qərarın qəbul olunması üçün hesab edirəm ki, xarici və yerli mütəxəssislərin dəvəti ilə Astananın baş planının korrektura edilməsi konsepsiyasının ekpertizasını aparmaq üçün hökumətə və şəhər akimatına göstəriş vermək məqsədəuyğundur", deyə dövlət başçısı dünən "Astangenplan"da şəhərin inkişafı ilə bağlı keçirilən müşavirədə bəyan edib.

Prezidentin qeyd etdiyi kimi, "baş planı həm tikinti şirkətlərinin, həm də hökumətin ayrı-ayrı nümayəndələrinin lobbiçilik təsirindən qorunmalıdır". "Baş plan - şəhərin konstitusiyasıdır və onun korrektə edilməsi ardıcıllığı mühafizəkar olmalıdır və heç kəs ona dəyişiklik edə bilməz", - N. Nazarbayev hesab edir. Bu barədə İnterfax-Qazaxıstana istinadən, Trend məlumat verir.

"Qərarın qəbul olunmasında yeganə kriteriya yüksək peşəkarlı, ölçülüb-biçilmiş mütəxəssis rəyi olmalıdır. Çox vaxt məsələləri həll edən pul kisəsinin ölçüsü və əlaqələrin möhkəmliyi olmamalıdır", deyə prezident bildirib.

Onun fikrincə, aşağıdakı məsələləri nizama salmaq üçün dəqiq qaydaların işlənib hazırlanması vacibdir: baş planı dəyişməyə kimin hüqüqu var, onun işlənib hazırlanması və reallaşdırılmasına kim cavbdehdir, korrektələrin aparılması prosesinin və qərar qəbul edən şəhər tikinti şurasının səlahiyyətləri, tərkibi və reqlamentinin necəliyi.

Bununla yanaşı prezident qeyd edib ki baş planın korrektə edilməsi konsepsiyasında əsas məsələ paytaxtın hansı prinsipə əsaəsn - radial-dairəvi və ya düzbucaqlı-xəttli inkişaf etdirilməsidir. "Başqa sözlə, şəhərin mərkəzində mərkəzdən işıqlanan Moskvanın Sadovoye dairəsini xatırladan hərəkət və ya düz küçələri olan Nyü-Yorkun Manhettenini xatırladacaq", prezident deyib.

"Diraəvi" şəhər ideyasının tərəfdarları dövlət başçısına öz xeyirlərinə aşağıdakı arqumentləri təqdim edib: ilk növbədə, ideal dairə təyyarədən və ya kosmosdan gözəl görünür; ikincisi,bu ənənələrin davam etdirilməsi olacaq. Belə ki, qədim qazax şəhərləri geometrik əhatə formasında yerləşib. "Dairəvi şəhər" müəlliflərin fikrincə, Astana ətrafında 44 kilometr uzunluğunda, 8,3 radiuslu dairəvi nəqliyyat kommunikasiya estakadalırının tikintisi nəticəsində əldə olunacaq, deyə prezident məlumat verib.

Bununla yanaşı, o, hesab edir ki, "belə dairəvi prinsipdə əlavə dairəvi olların tikilməsi ilə mərkəzi avtostradaya həddindən artıq yük düşəcək".

Bununla yanaşı, prezident deyib ki, estakadanın tikintisi təxminən 2 milyard dollar, tikinti müddəti isə on il təşkil edə bilər.

"Ölkə iqtisadiyyatının bu cür bahalı tikintinin öhdəsində gələ bilməz", deyə dövlət başçısı qeyd edib. Bununla yanaşı, prezident hesab edir ki, "Ümumi rəy mövcuddur ki, bütün yolların mərkəzə gəldiyi Moskva hərəkət sistemi ən pis sistemdir"

Bununla belə, o, qeyd edib ki, "Moskva bu sirli dairədən çıxmaq istəsə də, artıq çıxa bilmir". "Astananı da həmin sirli dairəyə aparmağa dəyərmi?" deyən prezident özünün Astananın Manhetten Prinsipi əsasında qurulmasının əleyhinə olduğunu bildirib.

Qazaxıstanın paytaxtında 600 min nəfərdən artıq əhali yaşayır.

Xəbər lenti

Xəbər lenti