...

Pakistanda məhkəmə binasında baş verən partlayışda hakim də daxil olmaqla, 13 nəfər həlak olub

Dünya xəbərləri Materials 17 Fevral 2007 12:28 (UTC +04:00)

Pakistanın cənub-şərqində Kvetta şəhərində məhkəmə binasında baş verən güclü partlayış zamanı hakim də daxil olmaqla, 13 nəfər həlak olub. Bu barədə (C) Associated Press polisin bəyanatına istinadən xəbər verir. Hələ cinayətin arxasında kimin dura biləcəyi aydın deyil.

Sağ qalan hadisə şahidlərindən birinin fikrincə, partlayış terrorçunun hücumu nəticəsində baş verə bilər, çünki o, partlayış yerində bədəndən ayrılmış baş görüb. Polis istintaqın başa çatmasına qədər bu informasiyaya şərh verməkdən imtina edir. Bu barədə Trend www.rbc.ru saytına istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti