...

Braziliya Ukraynanı rəsmən bazar iqtisadiyyatına malik ölkə kimi tanıyıb

Dünya xəbərləri Materials 18 Aprel 2007 13:14 (UTC +04:00)

Ukrayna,Kiyev/müxbir Trend Z.Novosvitski/Braziliya Federativ Respublikasının hökuməti Ukraynanı rəsmən bazar iqtisadiyyat mövcud ölkə kimi tanıyıb. Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib ki, cari il martın 21-dən etibarən Ukrayna Braziliya ilə ikitərəfli münasibətlərdə antidempinq prosedurları və kompensasiya tədbirlərini tətbiq etməklə bazar iqtisadiyyatı mövcud ölkə statusuna malikdir.

Braziliya tərəfindən Ukraynaya bazar iqtisadiyyatı mövcud ölkə statusunun təqdim olunması məsələsi 2004-cü ilin martında Ticarət-iqtisadiyyat və Elmi-texniki əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın ikinci iclasında Ukrayna tərəfindən qaldırılıb. Lakin müsbət qərar yalnız Amerika Birləşmiş Ştatları və Avropa Birliyinə bu statusun təqdim olunmasından və Ukrayna tərəfindən bu məsələ üzrə Braziliyanın xarici ticarət məsələləri üzrə Katibliyinə təqdim olunmuş müvafiq sənədin Braziliya tərəfindən ətraflı öyrənilməsindən sonra qəbul edilib.

Xəbər lenti

Xəbər lenti