...

Ticarət Mərkəzi Bakı 2015 Avropa Oyunları üçün xüsusi proqram hazırlayıb (FOTO)

Baku 2015 : EUROGAMES Materials 28 May 2015 11:54 (UTC +04:00)
“28 Mall” Ticarət Mərkəzi qarşıdan gələn Bakı 2015 ilk Avropa Oyunları üçün xüsusi proqram hazırlayıb.
Ticarət Mərkəzi Bakı 2015 Avropa Oyunları üçün xüsusi proqram hazırlayıb (FOTO)

Azərbaycan, Bakı, 28 may /Trend/

"28 Mall" Ticarət Mərkəzi qarşıdan gələn Bakı 2015 ilk Avropa Oyunları üçün xüsusi proqram hazırlayıb.

Trend-in məlumatına görə, Ticarət Mərkəzi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birgə may ayının 27-də "Azərbaycan incəsənəti" adlı açıq havada sərgi təşkil edib. Tədbir zamanı isə "Second Cup" sərgi iştirakçılarını kofe və şirniyyatları ilə qonaq edib. Sərgi may ayının 27-dən iyun ayının 27-dək davam edəcək.

Sərgi zamanı Azərbaycan incəsənətinin nümunələri nümayiş olunacaq. Bunlar arasında qobelenlər, xalçalar, heykəllər, şəkillər olacaq. Sərginin əsas məqsədi Avropa Oyunları ərəfəsində və oyunlar zamanı ölkəmizə təşrif buyurmuş turistlərə, idmançılara ölkəmizin incəsənətini göstərmək və təbliğ etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti