...

Tofiq Mahmudun romanı 25 il sonra latın qrafikasında

Mədəniyyət Materials 8 Oktyabr 2016 14:14 (UTC +04:00)
Oktyabrın 23-də Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" kitabının təqdimat mərasimi keçiriləcək.
Tofiq Mahmudun romanı 25 il sonra latın qrafikasında

Bakı. Trend:

Oktyabrın 23-də Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" kitabının təqdimat mərasimi keçiriləcək.

Roman ilk dəfə kitab halında 1991-ci ildə "Yazıçı" nəşriyyatında nəşr edilib. 25 il sonra isə ikinci dəfə - latın qrafikası ilə oxuculara təqdim ediləcək.

Kitabın redaktoru Cavid Qədir, ön sözünün müəllifi isə Səbuhi Şahmursoydur.

Romanda tanınmış Azərbaycan rəssamı Bəhruz Kəngərlinin həyat və yaradıcılığından, eləcə də ermənilərin Naxçıvanda törətdiyi vəhşiliklərdən bəhs edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti