...

Hamlet Xanızadənin 75 illik yubileyi qeyd edilib (FOTO)

Mədəniyyət Materials 14 Noyabr 2016 18:40 (UTC +04:00)
Mərdəkan Mədəniyyət sarayında görkəmli sənətkar, teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyi keçirilib.
Hamlet Xanızadənin 75 illik yubileyi qeyd edilib (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət sarayında görkəmli sənətkar, teatr və kino aktyoru, əməkdar artist Hamlet Xanızadənin 75 illik yubileyi keçirilib.

İdarədən Trend-ə verilən məlumata görə, tədbirdə xalq artistləri Fuad Poladov, Rafiq Əzimov, Rasim Balayev, Nurəddin Mehdixanlı, Flora Kərimova, tanınmış tele radio aparıcısı Rahib Azəri, Akademik Milli Dram teatrının digər aktyorları və Xəzər rayonunun elm və təhsil işçiləri iştirak ediblər.

Yubiley gecəsində görkəmli sənətkar Hamlet Xanızadənin çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub, Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbinin "Fantaziya" skripkaçılar ansamblının, Mərdəkan Mədəniyyət Sarayının muğam üçlüyünün, "Lalələr" rəqs ansamblının ifaları səsləndirilib.

Teatr və Kino aktyorları sənətkarın həyat və yaradıçılığı ilə bağlı xatirələrini bölüşüblər.

Hamlet Xanızadənin qızı Xumar Xanızadə təşkilatçılara və bütün qonaqlara təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti