...

Kamal Nuriyevin solo konserti keçirilib (FOTO)

Mədəniyyət Materials 14 İyun 2017 20:47 (UTC +04:00)
Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestrinin müşayiəti ilə Kamal Nuriyevin solo konserti keçirilib.
Kamal Nuriyevin solo  konserti keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə layihəsi çərçivəsində Azərbaycan Dövlət Filarmoniyası nəzdində Kamera və Orqan Musiqisi zalında Azərbaycan Televiziyası və Radiosunun Səid Rüstəmov adına Xalq Çalğı alətləri orkestrinin müşayiəti ilə Kamal Nuriyevin solo konserti keçirilib.

Trend-in məlumatına görə, orkestrin bədii rəhbəri və dirijoru Faiq Sadıqovun rəhbərliyi altında konsertdə Azərbaycan bəstəkarlarının – H.Xanməmmədov, C.Cahangirov, A.Bəbirov, H. Rzayevin əsərləri səslənib.

Konsert geniş auditoriya tərəfindən rəğbətlə qarşılanıb.

Xəbər lenti

Xəbər lenti