...

Aktyor Vladimir Etuş reanimasiyaya yerləşdirilib

Mədəniyyət Materials 26 İyun 2017 16:47 (UTC +04:00)
95 yaşlı aktyor Vladimir Etuş Moskvada reanimasiyaya yerləşdirilib.
Aktyor Vladimir Etuş reanimasiyaya yerləşdirilib

Bakı. Trend:

95 yaşlı aktyor Vladimir Etuş Moskvada reanimasiyaya yerləşdirilib.

Trend-in məlumatına görə, onun poliklinikanın pilləkənindən yıxılaraq zədə aldığı bildirilir. Vladimir Etuşun çalışdığı Vaxtanqov adına Moskva teatrının direktoru qeyd edib ki, sabah təqdim olunacaq tamaşada o, digər aktyorla əvəz olunacaq.

Kəskin xarakterli və komik rolların mahir ifaçısı olan Vladimir Etuşun ən məşhur rolları Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarında olub.

Xəbər lenti

Xəbər lenti