...

İstanbulda fırtına təhlükəsi səbəbindən dəniz reysləri ləğv edilib

Hadisə Materials 15 Mart 2013 10:29 (UTC +04:00)
İstanbulda bir sıra dəniz səfərləri təxirə salınıb.
İstanbulda fırtına təhlükəsi səbəbindən dəniz reysləri ləğv edilib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir A.Tağıyeva /

İstanbulda bir sıra dəniz səfərləri təxirə salınıb. Trend-in məlumatına görə, bu barədə "CNN Türk" telekanalı xəbər yayıb.

Reyslərin təxirə salınmasına səbəb bu ərazidə fırtına ilə bağlı xəbərdarlığın edilməsidir.

Bu gün İstanbulda səhər saatlarından başlayan güclü külək binalara ciddi ziyan vurub. Bir sıra binaların üzərinə ağaclar aşıb. Binaların sakinləri təxliyə olunub.

Sinoptiklər İstanbulda güclü küləyin sabah da davam edəcəyini proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti