...

Novxanıda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə Materials 29 Noyabr 2014 04:13 (UTC +04:00)
Novxanıda iki avtomobil toqquşub, xəsarət alan var.
Novxanıda iki avtomobil toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Novxanıda iki avtomobil toqquşub, xəsarət alan var.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Novxanı qəsəbəsində "Daewoo" və "Land Rover" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Daewoo" markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti

Xəbər lenti